Quterreş Ərdoğana təşəkkür etdi
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Efiopiya ilə Somali arasındakı problemin həllində göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Metbuat.az xəbər verir ki, o, tərəflər arasında imzalanan Ankara Bəyannaməsini alqışladığını qeyd edib. Antonio Quterreşin Ərdoğana təşəkkür mesajı barədə BMT-nin sözçüsü tərəfindən yazılı açıqlama verilib. Açıqlamada, Quterreşin Ankara Bəyannaməsini alqışladığı və Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədin mübahisəli məsələləri dostluq və qarşılıqlı hörmət çərçivəsində həll etmək qərarını məmuniyyətlə qarşıladığını ifadə edib.
Açıqlamada, “BMT-nin baş katibi iki ölkə liderlərini bir araya gətirmək təşəbbüsünə və sazişin həyata keçirilməsinə verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirir” - deyə bildirilib.
Oxşar xəbərlər
Quterreş İsrail və İranı Müharibədən Çəkinməyə Çağ...
Bugun.az
Belarus Mədəniyyət Naziri Ermənistan'a Təşəkkür Et...
KIBRIT MEDIA
İlham Əliyev Ərdoğana başsağlığı verib
Son Xeberler
İlham Əliyev Ərdoğana zəng etdi
Son Xeberler
Quterreş Livan üçün ilk dəfə "cəhənnəm" sözünü işl...
Son Xeberler
Bayden COP29-a görə Azərbaycana təşəkkür etdi
Bugun.az