Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qvardiola türk futbolçunu istəyir

11.11.2024 17:25 166 baxış sayı 1 dəq. oxuma Metbuat
Qvardiola türk futbolçunu istəyir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola zədələnən Rodrinin yerinə türk futbolçunu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Pep Qvardiola Rodrinin yerinə Hakan Çalhanoğlunun uyğun olduğunu hesab edir. İspaniya mətbuatının yazdığına görə, Qvardiola Hakanın oyuna baxışını və uzaq məsafədən qapıya zərbə vurmaq qabiliyyətini bəyənir. Bildirilir ki, Qvardiola əvvəl Frenkie de Jongu gündəminə alsa da, Hakan Çalhanoğlunun irəlidə daha üstün olduğunu irəli sürüb. O, Hakan Çalhanoğlunun oyun tərzi ilə Rodrdinin oyun tərzinin yaxın olduğunu hesab edir.

Qeyd edək ki, “Bavariya” klubunun da Hakan Çalhanoğlunu transfer etmək istədiyi irəli sürülür. “İnter”in yaxşı təklif olacağı təqdirdə türk futbolçunu sata biləcəyi deyilir.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: