
Rafiq Mehdiyev vəfat etdi - FOTO

Daxili Yanmaq Mühərrikləri üzrə dünya şöhrətli azərbaycanlı alim, professor Rafiq Mehdiyev bugün səhər saatlarında vəfat edib.
Alim 89 yaşında dünyasını dəyişib.
Rafiq Mehdiyev 1936-cı ildə Cəbrayılda anadan olmuşdu. O, 1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsində çalışıb. Daha sonra, 2000-2020-ci illərdə İstanbul Texniki Universitetində işləmiş, Türkiyədə öz işlərini və ixtiralarını davam etdirmişdi.
Professor Mehdiyev Türkiyənin ilk yerli traktor motorunu ixtira edən şəxs idi. O, 300-dən çox elmi əsərin və 15-ə yaxın ixtiranın müəllifidir. Alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir; bu ixtira Türkiyədə böyük müvəffəqiyyət qazandı. Türkiyədə işlədiyi müddətdə Rafiq Mehdiyev müdafiə sənayesi quruculuğunda yaxından iştirak etmişdi.
Alimin bir sıra ixtiraları fərqli qərb dövlətlərində - İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patent alıb. O, 20-dən çox alim yetişdirib; onların arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rafiq Hüseynov qəfil vəfat - FOTO
Bugun.az

ÜZÜCÜ XƏBƏR: azərbaycanlı məşhur qəflətən vəfat et...
Son Xeberler

Mehdiyev ev həbsini burada çəkir - FOTO
Bugun.az

Universitetin magistrantı vəfat etdi - FOTO
Bugun.az

Daha bir həkim koronavirusdan vəfat etdi-
Son Xeberler

Bakıda məktəb direktoru vəfat etdi - FOTO
Bugun.az