Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Rəqsanənin səhhətində problem var - AÇIQLAMA

19.08.2025 14:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
Rəqsanənin səhhətində problem var - AÇIQLAMA

Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır.

Metbuat.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.

"Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim".

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: