Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Roma Papası Təhrir Əl-Şama çağırış etdi

11.12.2024 23:25 150 baxış sayı 1 dəq. oxuma Metbuat
​Roma Papası Təhrir Əl-Şama çağırış etdi

Roma Papası Fransisk Suriyada nəzarəti ələ keçirən Təhrir Əl-Şama çağırış edib.

Metbuat.az xəbər verr ki, Roma Papası Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk dəfə açıqlama verib. O üsyançıları bütün qrupları əhatə edən hökumət qurmağa çağırıb. Papa dini qrupların dostluq və qarşılıqlı hörmət şəraitində yaşamalı olduğunu vurğulayıb. O, bəyan edib ki, Suriyada rejimi devirən təşkilat sabitlik yaratmaq üçün bütün qrupları əhatə edən idarəçilik nümayiş etdirməlidir. Papa Fransisk həmçinin vurğulayıb ki, müxtəlif dini qruplar ölkənin rifahı naminə dostluq və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar.

Qeyd edək ki, Roma Papası 2016-cı ildə Vatikanın Suriyadakı səfirini kardinal rütbəsinə yüksəldərək sürpriz addım atmışdı. Bu titul Kilsədə ikinci ən yüksək vəzifəni təmsil edir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: