
Ronaldo dayanmaq bilmir - 971-ci qola imza atdı

Səudiyyə Ərəbistanı Pro Liqasının 14-cü turunda "Əl-Nəsr" klubu "Əl-Ahdud"u qəbul edib.
Metbuat.az xəbər verir ki, matç meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə başa çatıb. 0-1 hesabı ilə geridə olan “Əl-Nəsr” geri dönüş edib. Oyun Kriştiano Ronaldo üçün əlamətdar olub. O, 42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da, Ronaldo karyerasında 971-ci qoluna imza atıb. "Əl-Nəsr"in digər qollarına Mane imza atıb. O, 29 və 88-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra “Əl- Nəsr” xallarının sayını 28-ə çatdıraraq, 3-cü yerdə qərarlaşıb. 1 oyun az keçirən “Əl-İttihad” 36 xalla birinci, “Əl-Hilal” isə 34 xalla 3-cü yerdə qərarlaşıb.
Oxşar xəbərlər

Ronaldoya oynaya bilmirsən dedi, cavab sərt oldu
Bugun.az

Ronaldo noyabrın ən yaxşısıdır
İdman Xəbər

Haland yeni rekorda imza atdı
Bugun.az

"Barselona" yeni Yamalla müqavilə imzaladı
Bugun.az

Ronaldo Yenidən Avropaya Qayıdır - Bu Dəfə Hansı K...
Bugun.az

Ronaldo Xavini geridə qoydu
İdman Xəbər