
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya 9 ay davam edən fasiləsiz idxaldan sonra iyul ayından etibarən Gürcüstandan kartof alışını dayandırıb.
Metbuat.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Rusiya ötən ilin oktyabrından etibarən Gürcüstandan müntəzəm şəkildə kartof idxal edib. İdxal həcmi bu ilin aprel ayında pik nöqtəyə çatsa da, sonrakı aylarda tədricən azalmağa başlayıb. İyul ayında isə Gürcüstanın müvafiq qurumu Rusiyaya kartof ixracına dair heç bir məlumat təqdim etməyib.
Mütəxəssislərin fikrincə, bu dəyişiklik Rusiyada cari ildə ötən illə müqayisədə daha yaxşı kartof məhsulu gözləntiləri ilə bağlı ola bilər. Bildirilir ki, 2025-ci ilin müvafiq dövründə Rusiyada kartof yığımının həcmi ötən illə müqayisədə 36 faiz artaraq 240 min tona çatıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Gürcüstandan “AI-95” markalı benzin təd...
Azəri Xəbər

Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxal...
Son Xeberler

Rusiya Ermənistandan idxal olunan pomidora qadağa...
Son Xeberler

Rusiya uçuşları dayandırdı -
Son Xeberler

Gürcüstan azərbaycanlıları deportasiya etdi
Bugun.az

Kartofun qiyməti niyə artır?
Bugun.az