
Rusiya İsrail və İrana vasitəçilik təklif etdi

Rusiya İsrail və İran arasında vasitəçilik etməyə hazırdır.
Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya böhranın əsas səbəblərini aradan qaldırmaq üçün əlindən gələni etməyə hazırdır. Peskovun sözlərinə görə, Rusiya bölgədə təhlükəli gərginliyə səbəb olan hərəkətləri qınayır. Peskov Rusiya Prezidenti Vladimir Putinin İran prezidenti Məsud Pezeşkian, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampla mövzu ilə bağlı ayrı-ayrı telefon danışığı apardığına diqqət çəkib.
Rusiya və Ukrayna arasında danışıqların keçirilə biləcəyindən də danışan Peskov, tərəflərin hələlik bu barədə razılığa gəlmədiyini ifadə edib.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya İrana dəstək verəcək? - Kremldən açıqlama
Bugun.az

Açıqlandı: İsrail İrana hücum edəcək
Xəbər Anı

Amerikalılar Trampın İrana mümkün hərbi müdaxiləsi...
Bugun.az

Netanyahu İran Xalqına Müraciət Etdi: Bu Müharibən...
Son Xeberler

Lavrov İrana gedir
Bugun.az

Türkiyədən İrana uçuşlar dayandırıldı
Xəbər Anı


