Bugun.az
Bugun.az
11 abunə

Rusiya ordusu Ukraynada irəlilədi

14.10.2025 19:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
Rusiya ordusu Ukraynada irəlilədi

Rusiya Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada Rusiya ordusunun Xarkov və Donetsk vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə aldığı qeyd edilib. Bəyanatda Rusiya qüvvələrinin Ukraynadakı bütün cəbhə xəttlərində irəliləyiş əldə etdiyi urğulanıb. Açıqlamaya görə, Qərb hərbi qruplarının bölmələri Xarkov vilayətinin Borovskaya Andreyevka qəsəbəsini, Mərkəzi hərbi qrupunun bölmələri isə Donetsk Xalq Respublikasının Moskovskoye qəsəbəsini azad edib və Dimitrov qəsəbəsinin şərq hissəsinə daxil olub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov, Zaporojya və Donetsk vilayətlərində beş yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlamışdı.

Paylaş: