
Rusiya Polşa konsulluğunu bağlayır

Rusiya Polşanın Kalininqraddakı Baş Konsulluğunu bağlayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiyadakı müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığını açıqlayıb. Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarı aldığı, Rusiyanın buna cavab verəcəyi bildirilib. Rusiya bəyan edib ki, Polşanın siyasəti ədalətsiz və düşməncə hərəkətlərindən qaynaqlanır və Rusiyaya qarşı heç bir düşmən hücumu cavabsız qalmayacaq.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski Rusiyanın Kalininqraddakı Polşa konsulluğunu bağlamaq qərarının ədalətsiz olduğunu bəyan edib. O bəyan edib ki, Rusiyadan fərqli olaraq, Polşa Rusiya dövlətinə qarşı təxribat, kiberhücum hərəkətlərdə iştirak etmir.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya Polşada təxribata cəhd edib - İddia
Bugun.az

Polşa, Rusiya Rəsmilərini Ölkədən Qovur
KIBRIT MEDIA

Polşa Rusiyaya cavab olaraq sərhədə 40 min hərbçi...
Bugun.az

Polşa XİN: Rusiyanın Qdanskdakı konsulluğu dekabrı...
Azəri Xəbər

Polşa XİN başçısı: Ukrayna 2030-cu illərin əvvəlin...
Azəri Xəbər
Polşa XİN başçısından Putinə Sərt Xəbərdarlıq: Təy...
Son Xeberler


