Rusiyada "Şaxta baba" iş adamını qətlə yetirdi
Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta Baba qiyafəsində olan şəxs yerli iş adamını güllələyib.
Metbuat.az-ın Rusiya KİV-ə istinadla verdiyi məlumata görə, hadisə yanvarın 2-də baş verib. Qoşalülə tüfəngdən atəş açaraq qətli törədən şəxs keçmiş məhbusdur. Qətlə yetirilən şəxs isə əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış biznesmendir.
İlkin araşdırmaya əsasən, cinayətin motivi intiqam olub. Keçmiş məhbusun sözlərinə görə, öldürdüyü şəxs onu vaxtilə həbsə göndərib. Şaxta Baba qiyafəsindən istifadə isə qatilin tanınmamaq məqsədinə xidmət edib.
Hadisədən sonra cinayətkar qaçmağa cəhd etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını yatdığı yerdə q...
Son Xeberler
Terrorçular 70 fermeri qətlə yetirdi
Son Xeberler
Şaxta Baba koronavirusa yoluxdurdu -
Son Xeberler
Rusiyada azərbaycanlı tələbənin qatili tutuldu -
Son Xeberler
Rusiyada son sutkada 507 nəfər COVID-19-dan ölüb
Son Xeberler
Rusiyada son sutkada 456 nəfər koronavirusdan ölüb
Son Xeberler