
Rutte ABŞ-nin vergi tariflərinə münasibət bildirdi

ABŞ Prezidenti Donald Trampın digər ölkələrə tətbiq etdiyi rüsumlar müttəfiqlər arasında iqtisadi əməkdaşlığı təşviq edən NATO-nun təsis müqaviləsinin 2-ci maddəsini pozmur.
Metbuat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte açıqlama verib. Rutte Brüsseldəki qərargahda keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının yekunlarına dair açıqlama verib. Ticarət gərginliyi ilə bağlı şərh verməkdən imtina edən Rutte vurğulayıb ki, müdafiə məsələləri NATO-nun təsis müqaviləsinin 2-ci maddəsini əhatə edən siyasi fikir ayrılıqlarına dair məsələlərdən ayrı müzakirə edilməlidir.
Rutte ABŞ-nin elan etdiyi yeni tariflərin 2-ci maddəni pozub-pozmadığı ilə bağlı suala, "Bunun 2-ci maddəni pozduğunu düşünmürəm. Biz keçmişdə tariflərlə bağlı fikir ayrılığına dair çoxlu məsələlər görmüşük. Bu, əvvəllər də olub və 2-ci maddəni pozmayıb" - deyə cavab verib.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq -...
Bugun.az

ABŞ-nin Avropadakı hərbçilərinin geri çağrılması c...
Azəri Xəbər

Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını açıq...
Bugun.az

NATO Baş katibi Mark Rutte ABŞ-yə təcili səfər edi...
Azəri Xəbər

Şimali Korenin Ukraynadakı Müharibədə Roluna NATO...
Son Xeberler

Rutte ABŞ-nin Avropadan çıxacağı barədə iddialara...
Bugun.az


