Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Saat 10:00-dan qaz olmayacaq - Bu ərazilərdə

17.04.2025 17:25 69 baxış sayı 1 dəq. oxuma Metbuat
Saat 10:00-dan qaz olmayacaq - Bu ərazilərdə

Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar 18.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Metbuat.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F.Rüstəmov, Koroğlu, Ü.Hacıbəyov, Z.Mehdiyev, F.Qayıbov, C.Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: