🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Saat 9:00-da qaz kəsiləcək - Bu ərazilərdə

03.06.2025 16:25 12 baxış sayı 1 dəq. oxuma
Saat 9:00-da qaz kəsiləcək - Bu ərazilərdə

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, fasilə "İmişli" QPS-dən qidalanan "İmişli 2" ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.

Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) "İmişli" QPS-dən qidalanan "İmişli 2" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Paylaş: