Bugun.az
Bugun.az

26.10.2024 09:25

5 abunə

4

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sabah, oktyabrın 27-də, yer yerə yağış gözlənilir.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə yarımadanın bəzi yerlərində güclü yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


Səhər yağışlar tədricən kəsiləcək, gündüz isə göy az buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi səhər güclənəcək, gündüz isə sakitləşəcək.


Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın digər bölgələrində yer yerə yağıntı gözlənilir. Bəzi yerlərdə güclü yağış, dolu və dağlarda qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar kəsiləcək. Səhər bəzi yerlərdə dumanlı hava olacaq. Qərb küləyi gecə və səhər güclənəcək.


Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər olacaq.