🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

ŞAD Xəbər: Türkiyədə Koronavirus sayı enməyə başladı

25.04.2020 01:43 690 baxış sayı 3 dəq. oxuma
ŞAD Xəbər: Türkiyədə Koronavirus sayı enməyə başladı

Koronavirus Elm heyəti Üzvü Professor Doktor Tofiq Özlü,

Türkiyədəki salgınla əlaqədar 24 Aprel göstəriciləri ilə əlaqədar ümid verici çıxış edib.


Sağalanların sayı, xəstə sayını keçib.

Türkiyədə koronavirus səbəbiylə son 24 saatda 109 adam daha həyatını itirib. Ümumi itki 2600-ə çatıb.

Bu gün 38 min 351 yeni test keçirilib və 3122 yeni müsbət diaqnoz qoyulub. Reanimasiya şöbəsindəki xəstələrin sayı 790 olduğu halda, respiratora qoşulan xəstələrin sayı 929 olaraq qalır.

Bu gün sağalanların sayı 3 min 246-dır.

Beləliklə, ilk dəfə sağalanların sayı yeni diaqnoz qoyulanların sayından çox oldu.

Sağalanların ümumi sayı 21 min 737 oldu.

Keçirilən müayinələrin ümumi sayı 830 min 257-ə yüksəlsə də, xəstələrin ümumi sayı 104 min 912 olaraq qalır.


Doktor Tofiq Özlü bildirib ki:

"Gördüyümüz qədəriylə artıq Türkiyə epidemiyada eniş dövrünə girdi. Təbii tək gündəlik məlumatların ilə qiymətləndirmə etmək yanıldıcı ola bilər. Önümüzdəki günlərdəki gedişata da baxmaq lazımdır. Amma ümumən pik həddi aşmışıq kimi görünür.

11 Apreldə 5 mindən çox xəstə sayı ilə ən yüksək həddi gördük. Ondan sonra durğunluqdan sonra eniş başlandı, sevindirici haldır, çünki Avropa ölkələri bu tendensiyaya çatmaq üçün 12 həftə gözlədi və biz bunu 5-6 həftə ərzində əldə etdik.

Həm də epidemiyanı az itki ilə idarə edirik. Ehtiyat tədbirlərinə əməl etməliyik. Bu gün məlumatlar, daha çox xoşdur. "

Paylaş: