
Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər etdi

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində S.Qafarova Serebrenitsa şəhərində keçiriləcək Soyqırımı qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaq.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfər...
Azəri Xəbər

Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya...
Azəri Xəbər

Sahibə Qafarova Misirə getdi
Bugun.az

Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət...
Azəri Xəbər

Sahibə Qafarova Ərdoğanla görüşdü
Bugun.az

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işg...
Bugun.az


