
Sahibsiz it sürüsü evə hücum etdi

Şəki rayonunda sahibsiz it sürüsü yaşayış evinə hücum edib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.
Belə ki, Sadəddin Allahverdiyevə məxsus evə hücum edən sahibsiz it sürüsü iki qoyunu parçalayaraq öldürüb, birini isə yaralayıb.
Şəki Rayon Heyvan Xəstəlikləri və Baytarlıq xidmətindən "Report" un yerli bürosuna bildirilib ki, bu il də epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya həyata keçirilib:
"Bundan başqa, epizootik durumu sabit saxlamaq üçün ətraf ərazilərə aldadıcı yemlər də qoyulub".
Şəki Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Bildirilib ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlara yerləşdirilməlidir:
"Hazırda şəhərdə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. Şəhər ərazisində bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə, Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır".
Oxşar xəbərlər

Açıqlandı: İsrail İrana hücum edəcək
Xəbər Anı

Çeçenistanda Rusiya Qvardiyasına hücum:
Xəbər Anı

ABŞ Gəmilərinə Hücum: Husilər İddia Edənə Görə 3 E...
Son Xeberler

SON DƏQİQƏ! Quş sürüsü ilə toqquşan təyyarə təcili...
Son Xeberler

Koredə Türk Dükkanına Hücum: Beysbol Sopası ilə Qo...
Son Xeberler

61 İlllik Rejimin Sürüşü və Hizbullahın Çıxışı
Son Xeberler