Bugun.az
Bugun.az

13.10.2024 18:25

6 abunə

10

Santuş: "Azərbaycan yığması bir ildən sonra rəqibləri ilə başabaş mübarizə aparacaq!"

Santuş:

Azərbaycan milli futbol yığmasının baş məşqçisi Fernandu Santuş, UEFA Millətlər Liqasının IV turunda Slovakiya ilə Bakıda keçiriləcək oyundan əvvəl mətbuat konfransı keçirib.


Santuş oyun öncəsi bəyanatında qələbə əzmində olduqlarını ifadə edib: "Sabahkı oyunda xal qazanmaq istəyirik".


O, Bədavi Hüseynovun kapitanlıq edəcəyini söyləyib: "Çünki onda liderlik xüsusiyyətləri var. Emin Mahmudovu da çox bəyənirəm".


Hücumda irəliləyiş olduğunu vurğulayan Santuş, müdafiədə isə daha çox işləmək lazım olduğunu bildirib: "Qol vəziyyətləri yarada bilirik. Bunu davam etdirsək, yaxşı nəticələr qazana bilərik. Estoniya ilə oyunda fasiləyə 2 top üstünlüklə yollanmaq imkanımız var idi. Sadəcə, hazırkı problem çox qol buraxmağımızdır. Müdafiə üzərində daha çox işləməliyik. Çünki bu mövqedə daha intensiv olmalıyıq. Gələcəkdə daha yaxşı olacağıq. Fikrimcə, bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq".


Santuş, azarkeşləri dəstəkləməyə çağıraraq, milli komandaya inamlarını ifadə etmələrini istəyib: "İndiki məğlubiyyətlər məni, eləcə də azarkeşləri xoşbəxt etmir. Bu ölkəyə futbolu inkişaf etdirmək üçün təşrif buyurmuşam. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Fanatlar da hər zaman bizə dəstək olsunlar".


Texniki heyətə azərbaycanlı mütəxəssis qatmaq istədiklərini də söyləyən Santuş, İlqar Qurbanova bu tapşırığı verdiyini bildirib: "Bu işi yığmanın idman direktoru İlqar Qurbanova tapşırmışam. Həmin şəxs təkcə Azərbaycan dilində danışmamalıdır. Yerli mütəxəssisin millidə olması futbolçulara fayda verəcək".


Azərbaycan - Slovakiya oyunu oktyabrın 14-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.