Saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olundu
Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan, eləcə də bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etməkdə şübhəli bilinən şəxslər həbs olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar.
Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib. Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Abşeron rayonunda məmurlar həbs olundu...
Son Xeberler
Səhiyyə naziri korrupsiya faktlarına görə həbs olu...
Analoq.az
Ağdaşda məclis təşkil edən kafe sahibi həbs olundu
Son Xeberler
Bu şəxslər 3 min manat cərimələnəcək -
Son Xeberler
Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son Xeberler
"ASAN İmza" sertifikatlarının sayı 59%-ə yaxın art...
Bugun.az