🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Şəhidin ata-anası faciəvi şəkildə öldü - FOTO

03.03.2025 20:25 23 baxış sayı 1 dəq. oxuma
Şəhidin ata-anası faciəvi şəkildə öldü - FOTO

Bu gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri dəm qazından vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Bildirilib ki, Məcnun Ağayev və Gülnaz Ağayeva dəm qazından boğularaq dünyasını dəyişib. Onların dəfn mərasimi sabah Maştağada baş tutacaq.

Qeyd edək ki, Vahid Ağayev 1996-cı ildə Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. O, Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşa uğrunda döyüşüb və 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub.

Şəhid ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.

Paylaş: