Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Şəkidə ofisiant müdirini öldürdü

15.11.2025 17:02 5 baxış sayı 2 dəq. oxuma Metbuat
Şəkidə ofisiant müdirini öldürdü

Şəkidə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı hadisə baş verib. Cinayət Turan qəsəbəsində qeydə alınıb. Qətlə yetirilən şəxs 50 yaşlı Mehman Bayramovdur, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs isə 24 yaşlı Sədi Heydərovdur. Məlumatlara görə, hər iki şəxs Turan qəsəbəsinin sakinləridir.


Qətlə yetirilən Mehman Bayramov ailəli olub, Sədi Heydərov isə subaydır. Hadisənin kökündə iş yeri münasibətləri dayanır. Mehman Bayramov Turan qəsəbəsində fəaliyyət göstərən kafeyə sahib idi və onu şəxsən özü idarə edirdi. Təxminən iki həftə əvvəl 24 yaşlı Sədi Heydərov həmin kafedə ofisiant kimi işə götürülmüşdü.


Faciə kafenin daxilində baş verib. Kafe müdiri ilə ofisiant arasında mübahisə yaranıb. Mübahisə böyüyərək fiziki müstəviyə keçib. Nəticədə S. Heydərov üzərindəki kəsici alətlə M. Bayramova ağır xəsarətlər yetirib. Kafedə başlayan bu dava 50 yaşlı kişinin qətlə yetirilməsi ilə başa çatıb. Hazırda cinayət hadisəsi ilə bağlı araşdırma aparılır.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: