🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Sərhəddə 3 zəlzələ oldu - FHN-dən AÇIQLAMA

21.12.2024 06:25 3 baxış sayı 2 dəq. oxuma
Sərhəddə 3 zəlzələ oldu - FHN-dən AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən zəlzələlər barədə məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

"Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb".

***

06:37

Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

***

04:15

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

Bu barədə Metbuat.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.

Paylaş: