🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur- Ərdoğan

04.01.2025 14:25 5 baxış sayı 2 dəq. oxuma
Silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.

“Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - Ərdoğan deyib.

O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.

Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.

“Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, – Ərdoğan bildirib.

Paylaş: