
Siqaretə görə 300 manat cərimə azdır? - Həbs cəzası müzakirə edilir

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev siqaretin yerə atılmasına görə cərimənin məbləğinin artırılmasını, hətta ağırlaşdırılmış halda həbs müddətinin verilməsini təklif edib.
Qeyd edək ki, hazırda ölkəmizdə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manatdır. Vətəndaşların minimum əməkhaqqısı isə elə 400 manatdır. Bəs cərimələrin bu qədər yüksək olması nə qədər düzgündür?
Bu barədə vəkil Vamiq Şükürov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda sadə vətəndaşlar bu hallardan narazıdırlar:
“Çünki əksər hallarda inzibati xətalar insanların şüurlu olaraq və qəsdən qabaqcadan hazırladıqları planlar üzrə törədilmir. Yəni şəxslər nəyisə unudurlar, yüngül səhlənkarlıq edirlər və yaxud da hər hansısa bir məsələni bilməli olduqları halda öyrənmirlər, məlumat almırlar. Nəticədə inzibati xətalar törədirlər. Təbii ki, cərimələrin məbləği ilə bağlı İnzibati Xətalar Məcəlləsində də qeyd olunur ki, cərimə yazılarkən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti və işin digər halları nəzərə alınır.
V.Şükürov qeyd edib ki, bu cərimələrin məbləği yüksəkdir, insanların həyat şəraitinə və əmək haqqına uyğun deyil. Gözləyirik ki, Milli Məclis cərimələri nisbətən yüngülləşdirsin.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycanda nəyə çox pul xərclənir:İçkiyə, siqar...
Bugun.az

"Maxim" taksi şirkəti 20 min manat cərimə edildi
Bugun.az

Azərbaycanda bunu edənlər 11 min manat cərimələnək...
Son Xeberler

Alimpaşa Məmmədovun Cəzası Azaldılıb
Bugun.az

Qapalı yerlərdə maska taxmayanlar cərimələnib
Son Xeberler

Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
Xəbər Anı