“SOCAR Green” və “PowerChina” şirkətləri Anlaşma Memorandumu imzaladı
Bu gün COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Metbuat.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
"Tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır. Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.
Etiketlər
Oxşar xəbərlər
BTQ bu təşkilatla Anlaşma Memorandumu imzaladı
Bugun.az
Azərbaycan BMT ilə İqlim Dəyişikliyi üzrə Əməkdaşl...
Bugun.az
SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Son Xeberler
Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə s...
Bugun.az
Prezident SOCAR-la bağlı sərəncam imzaladı
Bugun.az
Türk Dünyası Fintex Birliyi Quruldu
Bugun.az