
Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Son aylarda ölkədə gedən “ağarmalar” prosesi nəticəsində dövlət büdcəsinə sosial sığorta haqları üzrə daha çox pul daxil olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ilin ilk doqquz ayında sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz və ya 395,7 milyon manat daha çox deməkdir.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 2,7 milyard manat təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar da keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb və 148,7 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 14,5 faiz artaraq 112,4 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artıb və 738,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1 faiz artaraq 524,9 milyon manat təşkil edib.
Etiketlər
Oxşar xəbərlər

Nazirlər Kabinetindən icbari tibbi sığorta ilə bağ...
Son Xeberler

İlham Əliyev bu fərmana dəyişiklik etdi
Son Xeberler

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq
Son Xeberler

"Xalq Sığorta" Şirkətinin İşçisi Cərimələndi
Son Xeberler

Pensiyaçılara ŞAD XƏBƏR!-
Son Xeberler

Bu qəzalara 3 milyon manat siğorta ödənişi ayrıldı
Bugun.az