Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Soydaşlarımıza qarşı törədilənlər qeyri-insani rəftardır - Anar Bağırov

01.07.2025 19:25 33 baxış sayı 1 dəq. oxuma Metbuat
Soydaşlarımıza qarşı törədilənlər qeyri-insani rəftardır - Anar Bağırov

Rusiyanın güc strukturları tərəfindən azərbaycanlılara qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Rusiyada hüquq mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar:

"Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam millətçilikdə ittiham olunaraq "xalq düşməni" adlandırılıb və Stalin repressiyasına uğrayaraq ölüm düşərgələrində öldürülüb. Görünən odur ki, 90 il keçsə də, heç nə dəyişməyib. Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər".

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: