
"Sportinq"də xalüqələr yaradan Amorim İngiltərədə "dişsiz" qaldı

"Mançester Yunayted" oyunçuları Ruben Amorimin kluba başçılıq etdiyi vaxtdan bəri komandanın oyununda irəliləyişin olmaması ilə bağlı müzakirələr aparırlar.
Metbuat.az xəbər verir ki, Ruben Amorim "Mançester Yunayted"i 3-4-3 sistemi ilə oynadır və oyunçular buna uyğunlaşmaqda çətinlik çəksə də, məşqçi sistemi dəyişmək istəmir. “Daily Mail”ə görə, bəzi “Mançester Yunayted” futbolçuları oyunlarını yaxşılaşdırmaq üçün dəyişikliyə ehtiyac olduğunu düşünürlər. Buna baxmayaraq, Amorim oyun tərzini dəyişmək fikrində olmadığını açıq şəkildə bəyan edib. “Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevill çıxış yolunun taktika dəyişikliyi ola biləcəyini deyib: O, “Nə qədər çox uduzsan, oyunçuları hazırkı oyun ideyaları ilə inandırmaq bir o qədər çətindir” - deyə vurğulayıb.
Qeyd edək ki, "Mançester Yunayted" Ruben Amorimin rəhbərliyi altında 20 oyunda 8 məğlubiyyət alıb. Ruben Amorim "Sportinq" klubunda əldə etdiyi böyük uğurları ilə diqqət çəkmişdi.
Oxşar xəbərlər

"Qarabağ" İngiltərədə Tıxacda Qaldı - Matçın Vaxtı...
Son Xeberler

"Barselona”nın sabiq futbolçusu karyerasını bitird...
İdman Xəbər

"Barselona", "İnter" və "Mançester Siti" aman verm...
Son Xeberler

"Real" "Mançester Siti"yə qarşı - Pley-offda daha...
Bugun.az

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə sta...
Bugun.az

"Arsenal”, Atletiko” və “Bayer”dən böyük hesablı q...
Bugun.az