
Süni intellektə aldandı, faciəvi şəkildə öldü

ABŞ-nin Nyu-Cersi ştatında yaşayan 76 yaşlı Thongbue Vongbandue adlı şəxs Meta tərəfindən hazırlanmış süni intellekt "Big Sis Billie" tərəfindən real olduğuna inandırıldıqdan sonra faciəvi şəkildə həyatını itirib.
Metbuat.az Reuters-a istinadən xəbər verir ki, Vonqbandue 2017-ci ildə insult keçirdikdən sonra problemlər yaşamağa başlayıb və sosial mediada tanış olduğu süni intellektlə emosional bağ formalaşdırıb.
Bot “Facebook Messenger” vasitəsilə "Mən realam” ifadəsini işlədib, emojilərlə dolu mesajlar göndərərək yaşlı kişini aldadıb və onu Nyu-Yorka dəvət edib.
Həyat yoldaşı onun şəhərə getdiyi təqdirdə dələduzluğun qurbanı olacağından və qarət olunacağından qorxub. Ailəsinin xəbərdarlığına baxmayaraq, Vongbandue görüş üçün qatar stansiyasına gedib. Bu zaman dayancaqda yıxılıb və ciddi baş, boyun xəsarətləri alıb. Bir neçə gün xəstəxanada qaldıqdan sonra vəfat edib.
Bir müddət sonra qızı onun telefonuu yoxlayıb, onun süni intellektə aldandığını görüb və məsələni ictimailəşdirib.
Oxşar xəbərlər

Toyuna 13 gün qalan müəllim faciəvi şəkildə öldü
Bugun.az

Qadın idmançı faciəvi şəkildə öldü:
Xəbər Anı

Səudiyyə Ərəbistanı Süni İntellektə Nəhəng İnvesti...
Texnologiya xəbərləri

ÇatGPT Şahmatda Uduzub!
Texnologiya xəbərləri

Apple Süni İntellektə İnvestisiyalarını Artırır
Texnologiya xəbərləri

"Sevdiyi qız var idi, payızda toyu olacaqdı..." -
Son Xeberler