
Suriya qüvvələri Rusiya ordusunun bazaya girişinə icazə vermədi

Suriya Müdafiə Nazirliyi Rusiya konvoyunun Tartus əyalətindəki bazaya daxil olmasına icazə verməyib.
Metbuat.az xəbər verir ki, Rusiya konvoyu Latakiya vilayətinin Ceblah rayonundakı Xmeymim hərbi hava bazasından yola düşüb. Məlumata görə, raket daşıyan 30 maşından ibarət Rusiya karvanı Tartus istiqamətində hərəkət edib. Rus karvanı yeni hökumətin Müdafiə Nazirliyinə bağlı hərbi qüvvələr tərəfindən Tartusda keçid məntəqəsində xeyli gözlədilib. Məlumata görə, rusların Tartusa girməsinə icazə verilməyib. Ardınca Rusiya konvoyu Xmeymim bazasına qayıdıb.
Məlumata görə, bu, Suriyada hərbi və siyasi dairələrdəki gərginliyin göstəricisi kimi irəli sürülüb. Qeyd edək ki, Rusiya Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hərbi qüvvələrini Latakiyadakı Xmeymim hava bazasına çəkib.
Oxşar xəbərlər

Metroya yalnız bu şəxslərin girişinə icazə veriləc...
SON Xəbər

Suriya müxalifəti yeni şəhərləri ələ keçirdi
Bugun.az

Ərdoğan Suriyada əldə olunan tarixi sazişdən danış...
Bugun.az

Rusiya Suriya rejiminə dəstəyi davam etdirəcək -...
Bugun.az

Ordumuz Hadrutda ermənilərə icazə vermədi
Son Xeberler

Peskovdan Putinin Qarabağla bağlı müraciətinə müna...
Son Xeberler