
Suriyada böhran təhlükəsiz şəkildə aradan qaldırıldı - Əhməd Şara

Biz hamımız məzhəb ayrı-seçkiliyini və parçalanmanı qızışdırmağa çalışanlara qarşı möhkəm və güclü olmalıyıq.
Metbuat.az xəbər verir ki, Suriya prezidenti Əhməd Şara belə açıqlama verib. O bildirib ki, Suriya bütün komponentləri ilə xalqının iradəsi və ordusunun gücü sayəsində birlik içində qalacaq. Əhməd Şara Suriyada yeni administrasiyanın xaos yaratmağa çalışan devrilmiş rejimin ünsürlərinə qarşı böhranın təhlükəsiz şəkildə aradan qaldırıldığını açıqlayıb. Əhməd Şara ölkədə məzhəb ayrılığına yer olmadığını vurğulayaraq birlik və həmrəylik mesajı verib. Şara Latakiyada baş verən hadisələrlə bağlı müstəqil milli təhqiqat komitəsinin yaradıldığını da açıqlayıb.
Qeyd edək ki, Suriyanın bəzi ərazilərində devrilmiş lider Bəşər Əsədə sadiq olan qüvvələr polis məntəqələrinə hücumlar təşkil edib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya və Suriya Prezidentləri Kremldə nələrdən da...
Bugun.az

Suriyada Türkiyə vətəndaşına general rütbəsi veril...
Bugun.az

Şara Moskvada! Rusiya Rəhbəri Putinlə Görüşüb
Son Xeberler

No Man’s Sky 5.52 Yenilənməsi: Xətalar Aradan Qald...
Texnologiya xəbərləri

Android 15 QPR1 Beta 3.1 Yenilənməsi Buraxıldı!
Texnologiya xəbərləri

Ark Survival Ascended: 57.13 Yenilənməsi
Texnologiya xəbərləri