
Şuşanın azad olunmasından beş il ötür

Bu gün Şuşa şəhərinin işğaldan azad edilməsinin beşinci ildönümüdür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordu tərəfindən düşməndən təmizlənib.
Bu tarixi qələbədən dərhal sonra Azərbaycanın üçrəngli şanlı bayrağı şəhərin mərkəzinə sancıldı. Həmin gün Prezident İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu rəsmən elan etdi. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbə ilə başa çatan ən uğurlu əməliyyatlarından biri idi. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, çətin keçilən yarğanları və dağ keçidlərini aşaraq Şuşaya doğru istiqamət aldı.
Hərbi hissələr əməliyyat üçün yüksək hazırlıq nümayiş etdirdi. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil oldu. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir neçə istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölündülər. Döyüşlər zamanı Ermənistan tərəfindən Şuşaya "İsgəndər" ballistik raketləri atıldı. Bu raketlərin hədəfi azərbaycanlı hərbçilər idi. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edib onları şəhərdən qovdu.
Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif yerlərində yerləşməli oldu. Şuşanın işğalı zamanı 195 nəfər həlak olmuş, 165 nəfər yaralanmış, 55 nəfər isə əsir düşmüş və girov götürülmüşdü. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu tarixi hadisə şəhərin bərpasında yeni bir mərhələnin başlanğıcı oldu. Bundan başqa, Prezident Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, hər il noyabrın 8-i rəsmi olaraq Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Şuşanın azad edilməsi ümidlərimizi artırdı” -
Son Xeberler

Prezident Şuşanın azad edildiyini elan etdi!
Son Xeberler

5 general “Şuşanın azad olunmasına görə” medalı il...
Son Xeberler

“Fəxrəddin Abbasov Şuşanın azadlığına görə sarsınt...
Son Xeberler

Şuşanın azad olunduğu ilk günün VİDEOSU YAYILDI
Son Xeberler

Bərdənin atəşə tutulmasından 5 il ötür
Bugun.az


