Talibanın Pakistan qanadına son qoymağın zamanı çatıb - Şahbaz Şərif
Pakistan Baş naziri Şahbaz Şərif Taliban Hərəkatının Pakistan qanadının (Təhrik-e-Taliban) fəaliyyətinə son qoymağın zamanı çatdığını bəyan edib.
Metbuat.az modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahbaz Şərif Milli Fəaliyyət Planı üzrə Mərkəzi Ali Komitənin iclasında belə bir bəyanatla çıxış edib.
Baş nazir bu təşkilatın təhlükəsiz orqanlarına və din sakinlərə çoxsaylı hücumlara görə məsuliyyət daşıdığını bildirib. Şahbaz Şərif terrorizmlə mübarizə və Pakistanın bütün ərazisində sülhün təmini üçün hərtərəfli planın hazırlanmasını vacib sayıb: “Dost kimi maskalanan, ölkəmizdən kənarda olan agentlər Pakistan əleyhinə təbliğat aparırlar. Bu, ciddi təhlükədir. Biz Bəlucistandan Pakistana qarşı istifadə etməyə çalışan xarici qüvvələr barədə də məlumatlıyıq”.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhəd bölgələrində terror aktlarında artım müşahidə olunmaqdadır. Hayber-Pradeş və Bəlucistanda da terror aktları artmaqdadır. İslamabad Kabildən terror qruplaşmalarının Əfqanıstan ərazisindən istifadə edərək Pakistan ərazisinə hücumlarının qarşısını almağı tələb edir. Keçən həftə isə Əfqanıstan Talibanının üzvləri də daxil olmaqla, 15 silahlı sərhəddə zərərsizləşdirilib. 2024-cü ildə toqquşmalar zamanı 383 əsgər və 925 silahlı ölüb. Ölümlərin 97 faizi Hayber-Pradeş və Bəlucistanın payında düşür.
Oxşar xəbərlər
Şahbaz Şərif Hindistana Xəbərdarlıq Etdi: "Hər Han...
Son Xeberler
Pakistanın Baş naziri Azərbaycanda səfərdədir
Bugun.az
Talibanın nümayəndə heyəti də Bakıya gəlir
Xəbər Anı
Şahbaz Quliyevin anası vəfat etdi
Son Xeberler
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təlti...
Son Xeberler
İlham Əliyev General Sahir Şamşad Mirzanı Qəbul Et...
Bugun.az