Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tanınmış marketdə yararsız məhsullar aşkarlandı -FOTO

30.04.2025 06:25 87 baxış sayı 1 dəq. oxuma Metbuat
Tanınmış marketdə yararsız məhsullar aşkarlandı -FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama aparıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

yoxlama zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: