Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tanınmış sənətçi vəfat etdi

12.11.2025 16:52 5 baxış sayı 1 dəq. oxuma Metbuat
Tanınmış sənətçi vəfat etdi

Türkiyə musiqi sənətinin tanınmış siması Muazzez Abacı 78 yaşında dünyasını dəyişib. Sənətçinin doğum günündə vəfat etməsi xəbəri sənət ictimaiyyətini kədərləndirib.


Verilən məlumata görə, Muazzez Abacı bir neçə gün əvvəl qəfil ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. O, 1947-ci ilin 12 noyabr tarixində Ankarada doğulmuşdu. O, sənətə 1973-cü ildən başlayıb.


Karyerası boyunca çoxsaylı musiqi mükafatlarına layiq görülüb. Abacı Türkiyədə "Türk sənət musiqisinin kraliçası" kimi tanınırdı və musiqi sənətinin ən önəmli nümayəndələrindən biri hesab olunurdu.


N
Mədəni irs müxbiri

Muzey və tarix-mədəniyyət abidələri haqqında yazıram. Azərbaycanın zəngin mədəni irsini dünyaya tanıtmaq istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: