
Tanınmış şəxs də qəzaya uğrayan təyyarədə imiş - FOTO

Hindistanda 242 sərnişininin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlanıb.
Metbuat.az xəbər verir ki, dağıntılar altından 204 cəsəd çıxarılıb. Hindistanın yerli xəbər agentliyi qəzada 2 nəfərin sağ qaldığını açıqlayıb. Sağ qalanlardan biri, Britaniya vətəndaşı Vishvash, ailəsini ziyarət etmək üçün bir neçə gün Hindistanda olduğunu qeyd edib. Digər sağ sərnişinin yerli sakin olduğu bildirilir. Qəzaya uğrayan “Air India” təyyarəsində Qucaratın keçmiş baş naziri Vijay Rupaninin olduğu açıqlanıb. Rupani 2016-2021-ci illərdə Qucaratın baş naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, təyyarə havaya qalxdıqdan sonra Əhmədabad şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.
Oxşar xəbərlər

"Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir pa...
Bugun.az

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı -
Son Xeberler

Vəfat edən qadın tanınmış həkim imiş - FOTO
Bugun.az

Qəzaya uğrayan təyyarənin radarda görünməyən hissə...
Bugun.az

Qəzada vəfat edən Məhəmmədəli futbolçu imiş - FOTO
Bugun.az

Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Ba...
Bugun.az