Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi

16.12.2024 19:25 146 baxış sayı 1 dəq. oxuma Metbuat
Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi

Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.

Metbuat.az-ın respublika başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.

R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: