
TDT-nin bayrağı kosmosa göndəriləcək

Türk Dövlətləri Təşkilatı (TDT) öz bayrağını kosmosa göndərəcək.
Metbuat.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Bişkekdə keçirilən dördüncü iclasının yekunlarına dair TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.
Onun sözlərinə görə, TDT Türk dünyasının minillik tarixinə, mədəniyyətinə və irsinə əsaslanan unikal təşkilatdır. “Təşkilat çərçivəsində xarici siyasət, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, turizm və hətta kosmos da daxil olmaqla 40-dan çox platforma yaradılıb. Biz tezliklə Türk dünyasının birliyinin simvolu olaraq TDT bayrağını kosmosa göndərəcəyik”, - deyə K.Ömüralıyev bildirib.
Oxşar xəbərlər

Daha Bir Azərbaycanlı Kosmosa Uçur
Texnologiya xəbərləri

Mübariz postuna Azərbaycan Bayrağı sancıldı -
Son Xeberler

SON DƏQİQƏ: Ermənistan ordusunun döyüş bayrağı əl...
Son Xeberler

Peter Mixalko Azərbaycanı təbrik etdi
Bugun.az

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ ke...
Son Xeberler

Prezident Dövlət Bayrağı Günü ilə bağlı paylaşım e...
Bugun.az