🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Təkliflərin ardı-arası kəsilmir - Onlar da Ardanı istədi

07.03.2025 18:25 18 baxış sayı 1 dəq. oxuma
Təkliflərin ardı-arası kəsilmir - Onlar da Ardanı istədi

“Real Madrid”in futbolçusu Arda Güler üçün yeni klublar hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Leypsiq" və "Ayntraxt" da Ardanı transfer etmək istəyir. Məlumata görə, klublar futbolçunu icarə əsasında mövsümün sonunda heyətinə cəlb etmək istəyir. Bildirilir ki, bundan əvvəl Arda üçün Almaniyanın digər klubları və İngiltərə klubları maraq göstərib. İddialara görə, “Real”da əsas heyətə düşməkdə çətinlik çəkən Arda bu təklifləri nəzərdən keçirə bilər.

Qeyd edək ki, “Real Madrid”in Arda Güler və Endriki icarəyə göndərməyi nəzərdən keçirdiyi barədə xəbərlər dərc edilmişdi. “Sport Bild”də yer alan xəbərə görə, “Real Madrid” gənc futbolçuları Bundesliqa klublarına icarəyə verməyə razıdır. “Real” futbolçuların daha çox oyun şansı əldə edərək, təcrübə qazanmasını istəyir.

Paylaş: