
Təyyarə Bakıda məcburi eniş etdi

"Turkish Airlines" aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Aeroportdan Metbuat.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.
Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

ABŞ-də "Boeing 737" təyyarəsi ön şüşəsi çatladığın...
Azəri Xəbər

SON DƏQİQƏ! Quş sürüsü ilə toqquşan təyyarə təcili...
Son Xeberler

"United" aviaşirkətinə məxsus təyyarə ön şüşəsində...
Azəri Xəbər

"Boeing 777" Bakıya məcburi eniş etdi
Bugun.az

Təyyarə okean üzərində burulğana düşdü - Xəsarət a...
Bugun.az

Sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi
Bugun.az