Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tramp və Putin bu tarixdə görüşə bilər

08.08.2025 18:25 11 baxış sayı 1 dəq. oxuma Metbuat
Tramp və Putin bu tarixdə görüşə bilər

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş gələn həftənin sonunda baş tuta bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Sky News"a ABŞ administrasiyasının nümayəndəsi bildirib.

Məlumata görə, yer hələ də müzakirə olunur, variantlar arasında BƏƏ, Macarıstan, İsveçrə və İtaliya da var. Görüşün təfərrüatları və logistikası qeyri-müəyyən olaraq qalır və dəyişə bilər.

Görüşün dəqiq tarixi hələ müəyyən edilməyib, Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak edib-etməyəcəyi də məlum deyil.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: