
Trampın Ukrayna ilə bağlı emosional mövqeyi başa düşüləndir - Peskov

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin onu məyus etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Peskov bəyan edib ki, Trampın Ukraynada sülhün əldə olunması ilə bağlı emosional mövqeyi başa düşüləndir. Peskov Trampın Ukrayna böhranının həlli istiqamətində səylərini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Putin də diplomatiya yolu ilə sülhün əldə edilməsinə sadiqdir və bu istiqamətdə çox işlər həyata keçirir.
Peskov, Kiyev rejimi və Avropa ölkələrinin münaqişənin davam etməsi üçün əllərindən gələni etdiklərini iddia edib.
Oxşar xəbərlər

Rusiya Ukrayna ilə birbaşa danışıqlara razıdır - K...
Bugun.az

Avropa müharibə istəyir - Kreml
Bugun.az

Peskov Putinlə Trampın telefon danışığına münasibə...
Bugun.az

"Zelenski ilə Putin görüşü mümkündür" -Kreml
Bugun.az

Rusiya Suriya rejiminə dəstəyi davam etdirəcək -...
Bugun.az

Trampın Ukrayna Planları: Müharibənin Dondurulması...
KIBRIT MEDIA