Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Trüdo Trampın təhdidinə sərt cavab verdi

30.01.2025 13:25 101 baxış sayı 1 dəq. oxuma Metbuat
Trüdo Trampın təhdidinə sərt cavab verdi

ABŞ Prezidenti Donald Tramp 25%-lik tariflər tətbiq edəcəyi təqdirdə Ottava hökuməti buna güclü qarşılıq verəcək.

Metbuat.az xəbər verir ki, istefa verəcəyini açıqlayan Kanadanın baş naziri Castin Trüdo belə deyib. Trüdo X sosial media platformasında Trampın Kanada məhsullarına tətbiq etməyi planlaşdırdığı 25 faizlik tariflə bağlı açıqlama verib. Bu verginin tətbiq ediləcəyi təqdirdə Kanadanın bütün bölgələrinin zərər çəkəcəyini qeyd edən Trüdo, əyalət rəhbərləri ilə məsələni müzakirə etdiyini və səlahiyyətlilərin bunun qarşısını almaq üçün çalışdıqlarını bildirib. Trüdo, “Biz hamımız lazım gələrsə, güclü cavab verməyə hazırıq” - deyə bildirib.

Qeyd edək ki, Donald Tramp Meksika və Kanada üçün 25 faiz vergilər tətbiq edilə biləcəyini açıqlamışdı.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: