Tuneldəki Faciə: Şahidin Dəhşətli Anlatımı
Sabunçu rayonunda baş verən faciəli hadisədə, yağış suları ilə dolmuş tuneldə iki nəfər boğularaq həyatını itirib.
Xəbərə görə, tuneldə qalıb görüntülərini qohumlarına göndərən şəxslər 1976-cı il təvəllüdlü Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasov olub. Bu, onların sonuncu görüntüləri idi.
Hadisə şahidlərinin dediklərinə görə, hadisə gecə saat 2-3 radələrində baş verib. Üç nəfər köməksiz halda qalıb, biri üzərək xilas ola bilib, ancaq digərləri boğulub. Onları xilas etmək istəyən şəxslər də buna nail ola bilməyiblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının apardığı axtarış-xilasetmə əməliyyatları nəticəsində, əvvəlcə Elnur Şirinovun, daha sonra isə Köçəri Abbasovun cəsədləri aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə Fövqəladə Hallar Naziri Kəmalləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəlib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Etiketlər
Oxşar xəbərlər
Qardaşlar arasında dava faciə ilə nəticələndi:
Son Xeberler
Dəhşətli yol qəzası:
Xəbər Anı
Şəhidin Ailəsinin Faciəsi: Onu Axtararkən 4 Nəfər...
Bugun.az
Prezident "Ana harayı" abidəsini ziyarət etdi
Son Xeberler
Göygöldə baş verən dəhşətli qəzada ölən tələbənin
Xəbər Anı
Bakıda FACİƏ -
Son Xeberler