“Turan Tovuz” klubu “Tovuz”dan imtina edir
"Turan Tovuz" Premyer Liqanın 2025/2026 mövsümündə yeni ad və loqo ilə çıxış edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə "Report"a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.
O, komandanın adının dəyişdirilməsi üçün AFFA-ya rəsmi müraciət ünvanladıqlarını bildirib:
"Turan Tovuz"un adının "Turan"la əvəz olunması üçün artıq rəsmi məktub göndərmişik. Sadəcə, cavabı gözləyirik. Müsbət rəy aldıqdan sonra komandamız yeni mövsümə yeni ad və loqo ilə başlayacaq. Artıq bir neçə loqo üzərində dayanmışıq. Klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev də razılıq verdikdən sonra yeni loqo təsdiqlənəcək. Sadəcə, bunun üçün klubun adı rəsmən "Turan" olmalıdır".
Ə.Balakişiyev yeni "Turan"ın "Turan Tovuz" klubunun davamçısı olacağını söyləyib:
"Bu gün "Turan Tovuz"da görülən işlər göz qabağındadır. Komandamızın tarixi imicini bərpa etmək üçün başda klub rəhbəri Ehtiram Quliyev olmaqla hər birimiz əlimizdən gələni edirik. "Turan" adının azarkeşlərimizə daha doğma olduğunu düşünürəm. Bildirmək istəyirəm ki, "Turan" "Turan Tovuz"un davamçısı olaraq öz fəaliyyətini davam etdirəcək".
Oxşar xəbərlər
“Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək
Bugun.az
“Turan Tovuz” səfərdə xal itirdi
Bugun.az
Misli Premyer Liqası: VIII Turun Son Oyunları
Son Xeberler
Azərbaycanda tanınmış məşqçinin oğlu özünü asdı
Son Xeberler
"Kəpəz" Komandası "Səbail"i Məğlub Etdi
Bugun.az
Həm nəticədən, həm də oyundan razı qaldım - Qurban...
Bugun.az