
Türkiyə bölgədə 300 minlik ordu qurur

Suriyada nizami ordu qurmaq istəyən yeni Müdafiə Nazirliyi bütün müxalif qrupları Dəməşqə dəvət edib.
Metbuat.az xəbər verir ki, yeni Suriya ordusu Türkiyənin məsləhətçi və ekspertlərinin dəstəyi ilə qurulacaq. Türkiyə mediasının məlumatına görə, ordunun strukturlaşması İdlibdəki qruplarla və Suriya Milli Ordusu ilə başlayacaq. Ardınca Dera-Kuneytra xəttindəki cənub qrupları da onlara qoşulacaq. Yeni administrasiyanın müdafiə naziri Murhaf Əbu Kasranın başçılığı ilə Dəməşqdə başlayan toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi müxalifət komandirləri ilə paylaşılıb. Qurumların yaradılması bağlı təfərrüatlar paylaşılıb.
Suriyada əvvəlcə 70-80 min nəfərlik ordunun qurulması nəzərdə tutulub. Ardınca bu rəqəm 300 minə çatdırıla bilər. Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi bildirilib. Bundan əlavə, razılaşdırılmış məsələlər tətbiq olunduqdan sonra Suriyanın 5 fərqli ərazisində türk hərbi varlığı olacaq.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bölgədə təxribat cəhdlərinin qarşısı alınacaq - AK...
Bugun.az

Türkiyə PA: Can Azərbaycanın yanında olmaqdan qüru...
Azəri Xəbər

Türkiyə humanitar siyasət yanaşmasını davam etdiri...
Bugun.az

Əfqanıstan və Pakistan arasında sülh razılaşması:...
Son Xeberler

"Türkiyə tələb olunarsa, Suriyaya dəstək verəcək"...
Bugun.az

5 aylıq nəvəsinə 85 minlik saat bağışladı -
Son Xeberler