
Türkiyə nəhəngi Bruyne ilə görüşdü - İlin transferi

“Qalatasaray” mövsümün sonunda “Mançester Siti”dən Kevin De Bruyneni heyətinə qatmaq üçün işlərə başlayıb.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatacaq Kevin De Bruyneni yarımmüdafiə xəttini gücləndirmək üçün transfer etmək istəyir. “AS” qəzetinin məlumatına görə, “Qalatasaray” menecerləri fasilədə Kevin De Bruyne ilə görüşüb. “Qalatasaray” belçikalı super ulduza təklif irəli sürüb. Xəbərə görə, Kevin De Bruyne ilə yanaşı, belçikalı ulduzun komanda yoldaşı İlkay Gündoğan da yeni mövsümdə "Qalatasaray"ın formasını geyinə bilər.
Qeyd edək ki, Kevin De Bruyne “Mançester Siti”nin heyətində 408 oyunda forma geyinib. 105 qol vurub və 173 məhsuldar ötürmə edib. Belçikalı ulduz 18 kubok qazanıb.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin əsas...
Azəri Xəbər

İspaniya klubu Harri Keynin transferini yekunlaşdı...
Azəri Xəbər

Osimhenin "Qalatasaray" Macərası Qısa Müddətli Ola...
Son Xeberler

"Qalatasaray" nigeriyalı futbolçu ilə maraqlanır
Azəri Xəbər

"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu...
Bugun.az

Ardanın yerinə dünya ulduzu gəlir
Bugun.az


