Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyə “pley-off”da bu ölkələrdən biri ilə qarşılaşacaq

19.11.2025 06:32 8 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyə “pley-off”da bu ölkələrdən biri ilə qarşılaşacaq

Futbol üzrə Türkiyə yığma komandasının 2026-cı il Dünya Çempionatının (DÇ-2026) “pley-off” mərhələsinin yarımfinal turunda qarşılaşa biləcəyi rəqiblər bəlli oldu.


Ay-ulduzlular İspaniya ilə səfərdə keçirdikləri matçda 2:2 hesablı bərabərliyə nail oldular. Bu nəticə Türkiyə millisinin DÇ-2026-ya vəsiqə qazanması üçün “pley-off”da mübarizə aparmasını zəruri edir. Milli komanda indi DÇ-2026 pley-off yarımfinalına hazırlaşır.


Türkiyə yığmasının bu mərhələdəki ehtimal olunan rəqibləri siyahısı müəyyənləşib. Komandanın yarımfinaldakı potensial rəqibləri İsveç, Rumıniya, Şimali Makedoniya və ya Şimali İrlandiya ola bilər. Bu ölkələrdən biri ilə oyun yığmanın turnirə vəsiqə yolunda atacağı növbəti addımı təyin edəcək.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: