
Uçuşu olan sərnişinlərə müraciət edildi

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumata verilib.
Bildirilib ki, uçuşların təhlükəsizliyi tam təmin olunaraq bütün reyslər cədvəl üzrə həyata keçirilir.
Uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq hava limanına gəliş vaxtlarını əvvəlcədən planlamaları tövsiyə olunur.
Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqca uzun müddət qalmamağa çağırılır.
Qeyd edək ki, qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Əhalinin NƏZƏRİNƏ: Bu avtobuslar ödənişsiz xidmət...
Xəbər Anı

“Formula 1” öncəsi hava limanı sərnişinlərə müraci...
Bugun.az

Xanımlara qarşı qeyri-etik hərəkət edən taksi sürü...
Bugun.az

Bayraktar Kızılelma Sınaq Uçuşu: MURAD AESA Radarı...
Texnologiya xəbərləri

DİQQƏT! Əhaliyə müraciət edildi
Xəbər Anı

Bu ilin 9 ayında 176 mindən çox əcnəbi Azərbaycand...
Azəri Xəbər


